İmam Hüseyn(ə)-ın karvanı Kərbəlaya çatarkən, hicri qəməri tarix ilə 61-ci il məhərrəm ayının ikinci günü idi. Bu gündən sonra onların işi çətinləşdi. Hər gün Kufə qoşununun mühasirəsi daha da daralır və onların sayı artırdı.
Onuncu gün verilişində Aşura vaqiəsinin baş verməsinə gətirib çixaran hadisələr və zəminlər, həmçinin Həzrət Seyyidüşşühəda əleyhissalamın həmin tarixi hərəkətdən məqsədi və hədəfləri barədə söhbət gedir.