Sen 27, 2025 17:41 Asia/Baku

İran xarici işlər naziri deyib: "Snapback-in aktivləşdirilməsi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşmanı qüvvədən salacaq”.

Seyid Abbas İraqçi BMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransınsa vurğulayıb: "Hərbi hücum uğursuz olduğu kimi, snapback də uğursuz olacaq".

İran xarici işlər naziri qeyd edib ki, İran heç vaxt təzyiqlərə boyun əyməyəcək və əgər irrasional təzyiqlər qanunu əvəz edərsə, heç bir nəticə əldə edilməyəcək".

İraqçi İslam İnqilabının Ali Məqamlı Rəhbərindən sitat gətirərək, deyib: "Ali Məqamlı Rəhbərin dediyi kimi, ABŞ-la danışıqlar tam çıxılmaz nöqtədir və O Həzrət bunu çox dəqiq buyurublar. Bizim Amerika ilə danışıqlardan çox pis təcrübəmiz var. İkinci dəfə Amerika ilə danışıqların ortasında onlar bizə hərbi hücum etdilər".