Mart 08, 2017 19:11 Asia/Baku

Səba-248 vertolyotunun təqdimatı keçirilib-REPORTAJ

Verilişin müddəti :  00:03:00

Tarix : 2017/03/08

 

----------------------------

Səba-248 vertolyotunun təqdimatı keçirilib-REPORTAJ

İranın müdafiə nazirinin iştirakı ilə keçirilən tədbirdə İran Vertolyotlarının İstehsalı və Təmiri Şirkəti mütəxəssisləri tərəfindən istehsal olunan Səba-248 vertolyotunun təqdimatı olub. Bu vertolyot yük və sərnişinin daşınması, xilasetmə əməliyyatı, şəkillərin çəkilməsi və kəşfiyyat, təcili yardım, sahildən kənar əməliyyat və hava taksisi üçün istifadə oluna bilər.

Müdafiə naziri bu gün prezidentin elm və texnologiyalar üzrə müavini ilə birlikdə Pənha Şirkətinə gəldi. Belə ki, yeni nailiyyətin təqdimatını keçirsin.

Universitet və sənayenin birgə səyinin nəticəsi olan nailiyyət.

İranın müdafiə naziri Hüseyn Dehqan deyib: Daxilidir, yerlidir. Sənaye potensialı, mühəndislik potensialı və ölkənin daxili potensialının bəhrəsidir.

Vertolyot pilotu deyib: Tam rəqəmsaldır. Avto-pilot imkanları vardır. Və modern vertolyotdur. Dünyanın bir nömrəli vertolyotlarından sayılır.

İran prezidentinin müavini Sorena Səttari deyib: Elmtəməlli olması ilə əlaqədar qeyd edim ki, hazırda özümüz dizayn edə bilərik.

Çeşidli işlər üçün qeyri-hərbi vertolyotdur.

Vertolyot mütəxəssisi deyib: Təxminən 1200 nəfər dizayn, yedəklərin hazırlanması və montajda işləmişdir. Mexanika, aeronavtika, elektronika, rabitə qovşağı və mettalurgiyanın yüksək texnologiyası sənayesi ilə işlənmişdir.

Bizim yerli vertolyotumuz hava təcili yardımıdır, xilasetmə əməliyyatında öz sözünü deyə bilər, şəkillər çəkmək və kəşfiyyat üçün istifadə oluna bilər və neft-qaz platformalarında da onun yararlılığı isbat olunmuşdur.  

Müqavimət İqtisadiyyatı, Təşəbbüs və Əməl ilinin 353-cü günü Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində milli və tam şəkildə İrana aid Səba-248 vertolyotu.

Səba mənfi 25 dərəcə soyuqda hərəkətə keçir və 55 dərəcə istidə də işləməyə qadirdir.

Vertolyot pilotu deyib: Vertolyotun mürəkkəbliyi, dizayndakı bir sıra özəl proseduralar, yüksək texnologiya və xüsusi metallurgiyası şəraiti çox çətinləşdirir.

General-mayor Hüseyn Dehqan dedi ki, hava sənayesi mütəxəssislərinin böyük arzusu belə vertolyotun istehsal olunması idi. İndi bu arzu gerçəkləşmişdir. Proqramımız beynəlxalq bazarları əldə etməkdir. Və bir müddət sonra dünyanın müxtəlif ölkələrində Səbanı görəcəyik.

 

http://azeri.sahartv.ir/news/%C4%B0ran-i261854-s%C9%99ba_248_vertolyotunun_t%C9%99qdimat%C4%B1_ke%C3%A7irilib_reportaj

 

 

Teqlər