Avq 02, 2017 06:59 Asia/Baku
  • Azərbaycanlı rəsmi sionist qəzetin iddiasını rədd edib

Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri sionist Haarets qəzetində Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş Fələstində torpaq satın almaları barədə yaydığı məlumatı təkzib edib.

Verilişin müddəti : 00:01:00

Tarix : 2017/08/01

 

----------------------------------------

İRİB-in Azərbaycanın rəsmi xəbər agentliyi Azərtaca istinadla verdiyi məlumata görə, Novruz Məmmədov deyib: Haarets qəzeti dəfələrlə Azərbaycan barədə yalan məlumatlar dərc edib amma bu dəfə İlham Əliyevin ailəsini hədəfə aldığına görə ona münasibət bildirilməlidir. 

Məmmədov sionist rejim mətbuatında bu kimi məlumatların dərc olunmasından təəssüfləndiyini bildirərək bu kimi mətləblərin həqiqətlə heç bir əlaqəsi olmadığını və yalan olduğunu deyib. 

Sionist Haarets qəzeti sionist rejimin turizm naziri Yareu Levinə istinadla yazıb ki, Azərbaycan prezidentinin oğlu son aylar ərzində İsrailə səfər edib və orada əmlak almaq və sərmayə qoymaqla məşğul olub. 

Teqlər