Okt 04, 2018 07:16 Asia/Baku

Rusiyanın müdafiə naziri Sergey Şviqov dünən Rusiyanın Təhlükəsizlik Şurasında Suriyaya S-300 raket sisteminin təhvil verilməsindən xəbər verib.

Verilişin müddəti : 00:02:12

Tarix : 2018/10/04

-------------------------------------------------------------------------

                 

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin başçılığı ilə təşkil olunmuş bu iclasda Şviqov deyib: Bu raket müdafiə sistemi ilə yanaşı, rusiyalı hərbçilərin təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi təchizatlar da Suriya dövlətinə təhvil verilib. 

Rusiya MN başçısı Moskvanın suriyalı mütəxəssislərə S-300 raketlərindən istifadə təlimatına başladığını bildirərək deyib: Bu təlimatlar 3 ay çəkəcək. 

Rusiya ötən ay Suriya ordusuna S-300 raketləri vermək qərarına gəldi. 

Rusiyanın bu qərarı bu ölkənin bir ədəd hərbi təyyarəsinin Laziqiyyə vilayətində sionist rejim təyyarələrinin hücumu zamanı vurulmasından sonra qəbul edildi. 

Rusiya bu hadisədə sionist İsrail rejiminin məsuliyyət daşıdığını bildirdi. 

İsrail indiyədək dəfələrlə terrorçulara dəstək üçün Suriya ordusunun mövqeləri və infrastrukturunu hədəfə alıb. 

Suriyada böhran 2011-ci ildə ABŞ, Səudiyyə Ərəbistanı və onların müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə və balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə başlandı. 

Suriya ordusu İranın hərbi məsləhətləri və Rusiyanın hərbi yardımları ilə son vaxtlar bu ölkədə İŞİD terror qrupunun fəaliyyətinə son qoydu və digər terrorçu qrupları da məhv etməkdədir. 

İsrail və Amerika Suriyadakı terrorçuların məğlubiyyətindən nigarandırlar. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər