Okt 25, 2019 14:01 Asia/Baku
  • Tehran və Bakı enerji mübadiləsini bərpa etmək barədə razılaşıblar

İranın energetika naziri İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında enerji mübadiləsinin bərpa olunmasını vurğulayıb.

Reza Ərdəkaniyan dünən gecə İran və Azərbaycan Respublikası prezidentlərinin Bakıda keçirilən görüşünə işarə edərək, deyib ki, bu görüşdən sonra Azərbaycan Respublikasının energetika naziri ilə birgə mətbuat konfransı keçirildi və iki ölkə arasında enerji mübadiləsinin bərpa olunması vurğulandı.

İranın energetika naziri əlavə edib: Azərbaycan Respublikasının elektrik enerjisinin qonşu ölkələrə tranzit imkanının yaradılması, Azərbaycan Respublikasının bu ölkənin İranla sərhədi yaxınlığında 500 meqavatlıq elektrik stansiyasının inşasına sərmayə yatırması və qazın elektrik enerjisi ilə mübadiləsi, eləcə də “Xudafərin” su bəndinin inşası ilə bağlı maliyyə məsələlərinin həlli Tehran və Bakının birgə iclasının digər qərarlarından olubdur.

İranın energetika naziri söyləyib: İran və Azərbaycan Respublikasının Bakıdakı razılaşmalarının izlənilməsi üçün qərara alındı ki, məsələlərin daha ciddi şəkildə təqib edilməsi üçün Azərbaycan Respublikasının energetika nazirinin elektrik məsələləri üzrə müavini qarşıdakı bir ay ərzində Tehrana səfər etsin.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşam Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə bildirdi ki, Tehran-Bakı münasibət və əməkdaşlıqlarının inkişafı təkcə iki xalqın deyil, həm də bölgənin xeyrinədir.

İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikası prezidentinin dəvəti ilə Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak və çıxış etmək üçün Bakıya səfər edibdir.

Qoşulmama Hərəkatının 18-ci sammiti bu gün və sabah Bakıda keçiriləcək.

 

Teqlər