Mart 23, 2020 21:32 Asia/Baku
  • Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
    Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb .

Bununlada  virusa yoluxanların sayı 61 çatıb.   Nazirlər Kabineti yanında Operativ  Qərarghdan  verilən məlumata görə  hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan  61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. 

Azərbaycanda koronavirusa yoluxma halları Azərbaycandan  xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. 

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir. 

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

AR-DA 7 YENİ COVID-19 HALI QEYDƏ ALINIB

Teqlər