Avq 13, 2018 18:07 Asia/Baku
  • İranda iki böyük narkotik dəstəsi məhv edilib
    İranda iki böyük narkotik dəstəsi məhv edilib

İranın təhlükəsizlik qüvvələri Hormozqan və Sistan və Bəluçestan vilayətlərində iki böyük narkotik dəstəsini aşkar edərək, məhv ediblər.

İranın Təhlükəsizlik Nazirliyi bu gün bir məlumatda bildirib ki, İranın təhlükəsizlik qüvvələrinin kəşfiyyat və əməliyyat tədbirləri ilə Hormozqan vilayətində 1660 kiloqram tiryəkə şamil olan böyük bir narkotik yükü aşkar və müsadirə edilib və qaçaqmalçılar da həbs olunublar.

Bu məlumatda əlavə olunub: İranın təhlükəsizlik qüvvələri Sistan və Bəluçestan vilayətindəki digər bir əməliyyatda narkotik qaçaqmalçılığı üzrə mütəşəkkil silahlı qrup ilə toqquşublar. Bu toqquşmada yaraqlı qaçaqmalçılardan biri öldürülüb, sair ünsürlər də həbs olunublar.

Məlumatın davamında deyilir ki, bu əməliyyatda 2200 kiloqram tiryək, bir ədəd pulemyot, bir ədəd Kalaşnikov avtomatı sursatlarla yanaşı, aşkar və müsadirə edilibdir.

Dünyada narkotik qaçaqmalçılığı ilə mübarizənin ön xəttində gedən İran İslam Respublikası bu yolda üç mindən çox şəhid və bu miqdardan çox yaralı təqdim edibdir.

BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıbdır.

Teqlər