May 09, 2024 16:52 Asia/Baku
  • İranın bölgədə təhlükəsizliyin bərqərar olması üçün bütün səylərini göstərir

İran Xarici işlər naziri BMT baş katibi Antonio Quterreşlə telefon danışığında İran İslam Respublikası regionda sabitlik və təhlükəsizliyin bərqərar olması, xüsusilə sionist rejimin Qəzzəyə qarşı müharibədə cinayətlərinə son qoyulması üçün öz səylərini davam etdirəcəyini vurğulayıb.

Əmir Abdullahian bu danışıqda bildirib ki, əgər ABŞ Netanyahuya atəşkəsi qəbul etməsi üçün təzyiq göstərmək əvəzinə bu rejimi Rəfəhdə yeni cinayətlər törətməyə sövq edərsə, bunun nəticəsi müharibə tərəfdarları üçün olduqca ağır olacaq.

İran XİN başçısı qeyd edib ki, indi İsrail rejiminə təzyiq göstərmək və müharibəni dayandırmaq və ya bunun əksinə regionu yeni və fərqli böhran və gərginlik şəraitinə daxil etmək kimi qərarların arasında Ağ Evdin seçim etməli olduğunu və xüsusilə BMT-dən İsrail rejiminə təzyiqlərin artırılmasının vacib olduğunu diqqətdə çatdırıb.

Bu telefon danışığında Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İranın regionda sülh və təhlükəsizliyə nail olmaq üçün apardığı müdrik addımları və mövqelərini yüksək qiymətləndirərək  Birləşmiş Millətlər Təşkilatı əvvəldən atəşkəsin əldə olunması və müharibənin tez bir zamanda başa çatması üçün öz qəti mövqeyini sərgiləcyini bidirib.

 

Teqlər