May 09, 2024 18:55 Asia/Baku
  • Aliməqamlı Rəhbər Həcc ziyarətinə gedəcək Quran qiraətçiləri ilə görüşüblər

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həcc mövsümü ərəfəsində və Həcc ziyarəti işləri ilə məşğul olan məsul şəxslərlə görüşündən bir neçə gün əvvəl Həcc ziyarətinə gedəcək bir qrup Quran tilavətçiləri ilə görüş keçiriblər.

Bu görüşdə Quran qiraətçiləri Qurandan ayələr tilavət ediblər.  İslam İnqilabının aliməqamlı Rəhbəri də görüşdə Quran qarilərinə müsəlmanların müqəddəs kitabının məfhumlarını dinləyicilərə çatdırmağı tövsiyə ediblər və Quran tilavəti və həcc fürsətindən istifadə etməklə bağlı məqamlara toxunaraq, buyurublar: İslamın ən gözəl mənəviyyatlarından biri Peyğəmbər məscidində Quran oxumaqdır. Qurani-Kərimin nazil olduğu yerdə. bu ayələr ilk dəfə Peyğəmbəri-əkrəmin (s) pak qəlbinə nazil oldu və O, Həzrət öz mübarək dili ilə bu ayələri Kəbənin ətrafında oxudu. O, Həzrət əziyyət çəkdi, çətinliklərə, təhqirlərə məruz qaldı, amma bu ayələri oxudu və bu ayələr vasitəsilə tarixi tamamilə dəyişdirə bildi.

Həzrət Ayətullahül-üzma Xamenei daha sonra deyiblər: "Quran oxumaq bir vasitədir. Bu bir alətdir; bu nə üçün vasitədir? Quran maariflərini qəlblərə çatdırmaq üçün". Quran qariləri Quran ayələrini dinləyicilərə təfsir etməlidirlər.

O, Həzrət əlavə ediblər: "Quran oxuduğunuz bir məclisdə ayələri oxuduqdan sonra, məsələn, on dəqiqə və ya on beş dəqiqə ayələrin mövzularını dinləyicilərə əks etdirə bilsəniz, və deyə bilərsiniz ki, oxuduğum bu ayələr bunları deyirdi. bu çox yaxşıdır . Və məclisin və dinləyicinin səviyyəsini yüksəldir". 

Teqlər