Jan 28, 2019 20:02 Asia/Baku

On min nəfərdən çox fransalı kapitalizm quruluşu müxaliflərinin hərəkətlərinə etiraz olaraq, Paris küçələrində nümayiş keçiriblər.

Etirazçılar dünən gecə kapitalizm quruluşu müxaliflərinin hərəkətlərinə etiraz olaraq, bildiriblər ki, Fransa ictimaiyyətindəki yoxsullara daha artıq yardımın edilməsi tələbləri ilə müxalif deyillər, amma etirazlarla müşayiət edilən toqquşmalar və dağıntılardan təngə gəliblər.

Nümayiş iştirakçılarının sayı ondan qabaqkı gündə Emmanuel Makronun müxaliflərindən dörd min nəfərin iştirak etdiyi Paris aksiyaçılarının miqdarından iki dəfə çox olubdur.

Paris daxil olmaqla Fransanın müxtəlif şəhərlərində keçirilən xalq etirazları on birinci həftədə davam edibdir.

“Sarı jiletlilər” hərəkatının anti-kapitalizm aksiyaları keçən ilin noyabr ayının ortalarından başlanıbdır. Etirazlar yanacaq vergilərinin artırılmasına və Emmanuel Makronun digər iqtisadi siyasətlərinə qarşı yönəlibdir.

Etirazçılar sonradan Makronun istefasını da tələb etməyə başlayıblar. Makronun öz iqtisadi proqramlarından, xüsusən yanacaq vergilərinin artırılmasından geri çəkilməsinə rəğmən, Fransa xalqının etirazları davam etməkdədir.

Teqlər

Şərhlər