Jul 22, 2019 17:33 Asia/Baku
  • Amerikanın siyasətləri Fələstin məsələsinin kəskinləşməsinə səbəb olub

İranın xarici işlər naziri Fələstin xalqının səbatsız vəziyyətdə olduğunu bəyan edərək, vurğulayıb ki, Amerika hökuməti tərəfindən beynəlxalq hüquqların görməməzliyə vurulması və təkvektorluluq siyasəti Fələstin məsələsini şiddətləndiribdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Venesuelanın paytaxtı Karakasda qoşulmama hərəkatının xarici işlər nazirlərinin Fələstin komitəsində Amerika hökumətinin Fələstin məsələsini kənara qoymaq niyyətində olmasnıa işarə edərək, deyib: Amerikanın sər hərəkətləri, o cümlədən Qüdsü sionist rejimin paytaxtı kimi tanıması və Amerika səfirliyini bu şəhərə köçürməsi Fələstinin vəziyyətini daha da ağırlaşdırıbdır.

Zərif Qərbi Asiya bölgəsinin bəzi ölkələrinin Amerikanın və sionist rejimin siyasətləri ilə yanaşı hərəkət etmələrindən təəssüf ifadə edərək, əlavə edib: Amerikan-sionist “əsrin sövdələşməsi” planı Fələstin xalqı daxil olmaqla bütün dünya xalqlarının nöqteyi-nəzərindən qəbuledilməz və icraolunmaz bir plandır və bu plan sonda uğursuz qalacaqdır.

İranın xarici işlər naziri həmçinin bildirib ki, Fələstin məsələsinin həlli yalnız işğalçılığa və rasizm rejiminə son qoyulması və fələstinlilərə tamamilə onlara aid olan hökumətə malik olmaq icazəsinin verilməsilə əldəolunasıdır.

O, deyib: Qoşulmama hərəkatına üzv ölkələr digər eynifikirli təşkilatlar və BMT Baş Assambleyası üzvlərinin böyük əksəriyyəti ilə yanaşı, Amerikanın və sionist rejimin düşmənçilik siyasətləri qarşısında dayanmalıdırlar.

İran İslam Respublikasının xarici işlər naziri söyləyib: Amerikanın ifratçı təkvektorlu avantürasının yeni dalğası indi hamının bir təhər üzləşdiyi bir problemdir.

İran İslam Respublikasının xarici işlər naziri Latın Amerikasına səfərinin davamında yerli vaxtla dünən axşam Nikaraquaya daxil olubdur.

 

Teqlər

Şərhlər