Sep 29, 2019 13:24 Asia/Baku
  • Zərif: Əgər amerikalılar İranla müzakirə etmək istəyrlərsə, öz öhdəliklərinə qayıtmalıdırlar

İranın xarici işlər naziri vurğulayıb ki, Tehran heç vaxt İran xalqının gələcəyini və ölkənin iqtisadiyyatını Trampla nümayişkaranə görüşün girovuna qoymayacaq. O, deyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, əgər amerikalılar İranla müzakirə etmək istəyrlərsə, öz öhdəliklərinə qayıtmalı və sanksiyaları dayandırmalıdırlar.

Məhəmməd Cavad Zərif dünən axşam Nyu-Yorka 9 günlük səfərinin sonunda müxbirlərə deyib ki, İran heç zaman əhdpozan ölkə olmayıbdır.

İranın xarici işlər naziri həmçinin İran-ərəbistan əlaqələri və “Hörmüz sülhü” adlı təşəbbüs layihəsi barədə deyib ki, Hörmüz sülh layihəsi ərəbistanın ümid koalisiyasına qatılması üçün ən yaxşı fürsətdir.

Zərif vurğulayıb ki, İran həmişə öz qonşularının başıucalığını istəyibdir. O, əlavə edib: Tehran daim öz qonşularına yalnız sağmaq üçün istifadə oluna bilinən varlıqlar kimi deyil, tarixin sonunadək İranın qonşusu olan qardaşlar kimi baxır.

İranın xarici işlər naziri İraqın devrilmiş diktatoru Səddamın rejiminin təcavüzü zamanı Küveytə, ərəbistan və onun müttəfiqləri tərəfindən mühasirə olunan zaman Qətərə olmuş yardımlarına işarə edib. Bildirib ki, İran heç vaxt qonşularını buraxmayıb və buraxmayacaq da.

Teqlər

Şərhlər