Tehran əhalisi iğtişaşçıların hərəkətlərini pisləmək üçün yürüş keçirib
https://azeri.sahartv.ir/news/Özəl-i352808-tehran_əhalisi_iğtişaşçıların_hərəkətlərini_pisləmək_üçün_yürüş_keçirib
Tehran əhalisi bu gün İran paytaxtının küçələrinə çıxaraq, iğtişaşçıların hərəkətlərini pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2019 10:10 Asia/Baku

Tehran əhalisi bu gün İran paytaxtının küçələrinə çıxaraq, iğtişaşçıların hərəkətlərini pisləyibdir.

Verilişin müddəti : 00:02:30

Tarix : 2019/11/26

-------------------------------------------------------------------------

                

Tehran sakinləri bu yürüşdə “Amerikaya ölüm!”, “Sionist rejimə ölüm!” və “İğtişaşçıya ölüm!” şüarları ilə İslami İranın qüdrəti və təhlükəsizliyini himayə etdiyini bildirib.

Tehran əhalisi həmçinin bu yürüşdə İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını himayə istiqamətində şüarlar verib. Yürüş iştirakçıları iğtişaşçıların ictimai əmlaka ziyan vurmaq üzrə hərəkətlərini rədd etdiklərini bildiriblər.

İranda benzinin qiymətinə düzəliş layihəsinin icrası noyabrın 15-dən əhalinin Tehranda və İranın digər şəhərlərindəki dinc etirazları ilə müşayiət olundu, amma bir qrup təlim keçmiş iğtişaşçı İranda etirazçı əhali arasına sızaraq, ictimai və şəxsi əmlaklara, hətta banklara, təcili yardım mərkəzləri və maşınlarına və ictimai nəqliyyata ziyan vurdu.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.