Yan 12, 2026 21:42 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Xameneinin xalqa təşəkkür mesajı

İranın əzəmətli xalqının göstərdiyi möhtəşəm və geniş iştirakına və yaradılan tarixi günə ehtiramını bildirərək vurğulayıb: İran xalqı özünü, iradəsini və kimliyini düşmənlərin gözünə çəkdi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, hiyləgərliyi dayandırsınlar və xain muzdurlara arxalanmasınlar.

İslam İnqilabı Rəhbərinin İran xalqına ünvanladığı müraciəti belədir:

İranın əzəmətli xalqı! Bu gün böyük bir iş gördünüz və tarixi bir gün yaratdınız. Bu möhtəşəm və qətiyyət dolu izdihamlar, xarici düşmənlərin daxili muzdurlar vasitəsilə həyata keçirmək istədikləri planlarını puç etdi.

Böyük İran xalqı özünü, iradəsini və kimliyini düşmənlərin gözünə çəkdi. Bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, hiyləgərliyə son qoysunlar və xain muzdurlara arxalanmasınlar.

İran xalqı güclüdür, qüdrətlidir, ayıqdır və düşməni yaxşı tanıyır, hər zaman da meydandadır.

Allah rəhmətini hamınıza nazil etsin.

Teqlər