Pezeşkian: İrandakı son hadisələr Amerika və Sionist planı idi
İran İslam Respublikası prezidenti Məsud Pezeşkian İranda səfərdə olan İraq xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə, İrandakı son iğtişaşların ABŞ və sionist rejim tərəfindən planlaşdırılan bir fitnə olduğunu bildirib.
Məsud Pezeşkian bazar günü Tehranda Fuad Hüseyni qəbul edib və iki xalq arasındakı səmimi və dərin bağlara toxunaraq, deyib: Bu tarixi və sarsılmaz münasibətlər indiyədək davamlı olub və gələcəkdə də belə davam edəcək.
İran İslam Respublikasının prezidenti müsəlmanları qorumaq üçün birliyin vacibliyini vurğulayıb və qeyd edib: Şübhəsiz ki, biz İslam ümməti olaraq bir yerdə və çiyin-çiyinə olsaq, heç bir qüdrət bizi təhdid edə bilməz.
O bildirib ki, İran İslam Respublikası xarici siyasətinin prioriteti olaraq, müsəlman və qonşu ölkələrlə əlaqələri inkişaf etdirməyə çalışır.
Pezeşkian ABŞ və sionist rejimin bölgədəki müsəlman xalqlarını bölməyə çalışdığını söyləyib və əlavə edib ki, İrandakı son iğtişaşlar onların işidir.
Prezident bildirib ki, ABŞ və sionist rejimin İrandakı əlaltıları iğtişaşlar zamanı çox qəddar cinayətlər törədiblər, ABŞ prezidenti isə onları dəstəklədiyini etiraf edib.
İraq xarici işlər naziri isə öz növbəsində bildirib ki, ölkəsi İranın təhlükəsizliyini İraqın təhlükəsizliyi və hətta bütün regionun təhlükəsizliyi hesab edir və bu təhlükəsizliyə xələl gətirə biləcək hər hansı addım və ya təhdid onlar üçün qəbuledilməzdir.