Nov 30, 2019 19:36 Asia/Baku
  • Azərbaycana idxal edilən benzinə gömrük rüsumu tətbiq edilir

Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq olunacaq.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə görə, 95-dən az oktan ədədi ilə avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib. Rüsumun müvəqqəti ləğvi ilə bağlı müəyyənləşdirilmiş 90 gün müddəti başa çatıb və qərar qüvvədən düşəcək. Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Teqlər

Şərhlər