Yan 11, 2020 20:54 Asia/Baku

İslam inqilabının böyük rəhbəri İran İslam Respublikası Silahlı Qüvvələrin Baş Qərargahına Ukraynanın sərnişin təyyarəsinin süqut etməsində ehtimal edilən səhlənkarlıq yaxud qüsurlar barədə araşdırmalar aparması üzrə tapşırıq veriblər.

Verilişin müddəti : 00:01:00

Tarix : 2020/01/11

 

-------------------------------------------------------------------------

Həzrət Ayətullahül-üzma Xamenei İİR Silahlı Qüvvələrin Baş Qərargahının Ukrayna sərnişin təyyarəsinin süqut etməsi barədə araşdırmalarının nəticələrindən və insan səhvi məsələsinin sübut edilməsindən sonra bu gün bir müraciətdə bu hadisə qurbanlarının ailələri ilə bir daha dərin həmdərdlik bildirərək, bu kimi hadisələrin təkrarlanmaması üçün lazımı nəzarət və araşdırmaların aparılması barədə Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərlərinin üzərinə tələb qoyublar. 

İslam inqilabının böyük rəhbəri həmçinin bu hadisədə həyatlarını itirənlərə Allah təaladan rəhmət və lütf, ailələrinə isə səbr və mükafat diləyiblər. 

 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər