Yan 15, 2020 05:46 Asia/Baku
  • Nüvə anlaşması ixtilafının həlli mexanizmi fəal olub

Almaniya, İngiltərə və Fransa, başqa sözlə, Avropa üçlüyü Brüsseldə bir bəyanat yayaraq, nüvə anlaşmasında ixtilafın həlli mexanizmini fəal edibdir.

Almaniya, İngiltərə və Fransa bu gün Ağ Ev-in anti-İran siyasətlərilə paralel surətdə və Amerikanın və avropalı tərəflərin sədaqətsizliklərinə işarə etmədən iddia ediblər ki, İranın hərəkətlərinə və bu ölkənin nüvə anlaşmasındakı öhdəliklərinə sadiq olmamasına görə, müştərək komissiyaya müraciət edirik.

Bu mexanizm elə bir prosesdir ki, etapların tam şəkildə keçiləcəyi təqdirdə, BMT-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasına gedib çıxacaqdır.

İran Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasının ardınca anlaşmanı onun digər tərəflərinin öz öhdəliklərinə əməl etmələri şərtilə qorumağa çalışdı. Amma təqribən iki ilin keçməsilə və avropalı tərəflərin nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməkdə aciz qalmalarına görə, İranın iqtisadi bəhrələnməsini qorumaq məqsədilə Tehran altmışgünlük bir zaman kəsiyində öz öhdəliklərinin azaldılması üzrə addımlar atmağa başladı.

Bu əsasda İran yanvarın beşində bir bəyanat yayaraq, öz öhdəliklərinin azaldılması üzrə beşinci və sonuncu addımı atdığını elan etdi ki, ona əsasən, Tehran zənginləşdirmə həcmi və faizi, zənginləşdirilmiş maddənin miqdarı, araşdırma və inkişafa şamil olan əməliyyat sahəsində daha heç bir məhdudiyyətə malik olmayacaq və bundan sonra İranın nüvə proqramı yalnız öz texniki ehtiyacları əsasında irəliləyəcək və MAQATE ilə həmkarlığı da öz qaydasında davam edəcək.

 

 

Teqlər

Şərhlər