Fev 14, 2020 22:43 Asia/Baku
  • Səməd Seyidov: \'Təzyiq yolu heç nəyə gətirməz\'
    Səməd Seyidov: \'Təzyiq yolu heç nəyə gətirməz\'

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib:«Seçkilər yüksək səviyyədə keçirilib. Məsələnin konstruktiv şəkildə həlli siyasi bəyanatla, təzyiqlə deyil, konkret faktlarla müşahidə edilməlidir. Təzyiq yolu heç nəyə gətirməz».

Səməd Seyidov 9 fevral növbədənkənar parlament seçkilərinə dair beynəlxalq müşahidəçilərin ilk dəyərləndirməsinə münasibət bildirərkən qeyd edid: Erkən parlament seçkilərində yerli müşahidəçilər, media təmsilçiləri çoxsaylı pozuntuları sənədləşdirərək yayıblar. Fevralın 10-da isə beynəlxalq müşahidə missiyasının birgə bəyanatı yayılıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqlarının göstəricisidir», – hesabatda vurğulanır.

 

Teqlər

Şərhlər