Mart 21, 2020 18:43 Asia/Baku
  • Sabah İnqilab Rəhbərinin novruz çıxışı olacaq

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei sabah yeni günəş ili və Böyük İslam Peyğəmbəri(s.ə.s)-in Məbəs bayramı münasibətilə canlı və birbaşa surətdə İran xalqı ilə söhbət edəcəklər.

İslam İnqilabının Böyük Rəhbərinin novruz çıxışı sabah Tehran vaxtı ilə saat 11:30 dəqiqədə milli telekanal və radio kanallarından, həmçinin KHAMENEI.IR sayıtndan, instaqram və tvitterdən canlı şəkildə yayımlanacaq.

Hər il yeni günəş ilinin ilk günündə İmam Rza(ə)-ın pak hərəmində keçirilən Həzrət Ayətullahuluzma Xameneinin novruz çıxışı mərasimi koronavirus pandemiyasının qarşısını almaq üzrə səhiyyə tövsiyələrinə görə, bu il müqəddəs Məşhəd şəhərində keçirilmədi.

SABAH İNQİLAB RƏHBƏRİNİN NOVRUZ ÇIXIŞI OLACAQ

Teqlər

Şərhlər