Mart 24, 2020 21:35 Asia/Baku
  • Tramp: Maskaları dezinfeksiya edib, yenidən işlədin

CNN ifşa edib ki, koronavirusun Amerikada geniş şəkildə yayılması ilə Tramp istifadə olunmuş maskalardan bir daha istifadə edilməsi haqda göstəriş verib.

CNN telekanalı öz facebook səhifəsində yaydığı bir mesajda yazıb: Amerika prezidenti Donald Tramp təklif edib ki, müalicə və səhiyyə mərkəzlərinin işçiləri koronaviruslu xəstələri müalicə edərkən maskaları strelizə edib, bir daha işlətsinlər.

Belə bir halda, Amerikada xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəzi, həmçinin qida və dərman təşkilatının təlimatları yenidən istifadə olunması üçün maskaların dezinfeksiya edilməsi imkanına işarə etməyiblər.

Rütubət üstəgəl yenidən istifadə, yoluxma təhlükəsini artıra bilər.

Bundan öncə də "Nyu-York Tayms" qəzeti xəbər vermişdi ki, Nebaraska tibb mərkəzinin universitet müdirləri öz müalicə və səhiyyə işçiləri üçün tibbi maskaların kəskin çatışmazlığı ilə üzləşərkən öncədən istifadə olunmuş maskaları ultrabənövşəyi işıqla dezinfeksiya edərək, bir daha işlətmək qərarına gəldilər.

Onlar bu maskaları strelizə edildikdən sonra bir həftə və ya daha artıq istifadə etmək qərarına gəldilər.

TRAMP: MASKALARI DEZİNFEKSİYA EDİB, YENİDƏN İŞLƏDİN

Teqlər

Şərhlər