Mart 25, 2020 21:35 Asia/Baku
  • Bütün İranda bioloji müdafiə manevri başlanıb
    Bütün İranda bioloji müdafiə manevri başlanıb

Sepah-ın quru qoşunlarının komandanı İranda sağlamlıq müdafiəsi şəhidlərinin mühit təmizləmə və bioloji müdafiə manevrində on qərargahın imkanlarından istifadə olunmasından xəbər verib.

Briqada general pasdar Mohəmməd Pakpour sağlamlıq müdafiəsi şəhidlərinin mühit təmizləmə və bioloji müdafiə manevrinin başlanğıcında deyib: Müəyyən edilmiş mərkəzlərin təmizlənməsi və dezinfeksiya edilməsi üçün Sepah-ın quru qoşunlarının yüzdən çox bölməsindən istifadə olunubdur.

Sepah-ın quru qoşunlarının komandanı sonra deyib: Bu əməliyyat Sepah-ın quru qoşunlarının səyyar və sabit xəstəxanalarının bütün imkanlarından istifadə edərək, ölkə boyu üç min, Tehranda isə yüz nöqtədə başlanıbdır ki, onda, bulanmış mərkəzlərin təmizlənməsi və dezinfeksiyası əməliyyatı həyata keçiriləcəkdir.

General Pakpour söyləyib: Bütün müalicə, gigiyena, təmizləmə və dezifeksiya tədbirləri koronavirusla mübarizə qərargahının siyasətləri istiqamətindədir.

O, deyib: 3500-dən çox çarpayısı olan sağlamlaşdırma mərkəzi yaratdıq. Bu miqdar 5 min çarpayıyadək artırıla bilər.

İRANDA BİOLOJİ MÜDAFİƏ MANEVRİ KEÇİRİLİR

Teqlər

Şərhlər