Apr 02, 2020 18:00 Asia/Baku
  • Amerikanın qüdrətinin tənəzzülü dövrü gəlib çatıbdır

İran Silahlı Qüvvələri Ali Baş Komandanının köməkçisi və baş müşaviri deyib ki, Amerikanın dünyada və bölgədəki siyasi və hərbi qüdrətinin tənəzzülü dövrü gəlib çatıbdır.

General-mayor pasdar Seyyed Yəhya Rəhim Səfəvi dünən bir tvitter qeydində və Amerikanın terrorçu ordusunun İraqdakı qanunsuz və iştirakının davam etməsinə reaksiyada yazıb: Amerikanın hökuməti beynəlxalq müahidələr və qanunlara sədaqətə münasibətinə aydınlıq gətirməlidir.

Geneal Səfəvi vurğulayıb: İraq parlamenti ötən milad ilinin sonlarında qəbul etdiyi bir qərarda terrorçu amerikan qüvvələrin İraq torpağından çıxmalarını tələb etdi ki, bu hərbçilərin həmin qərardan sonra İraqdakı iştiraklarının davam etməsi İraqın suverenliyinin pozulmasının təzahürüdür.

İran Silahlı Qüvvələri Ali Baş Komandanının köməkçisi və baş müşaviri deyib: Əgər Amerikanın hökuməti beynəlxalq müahidələr və qanunlara sadiq deyildirsə, onda İraq ərazisindəki qanunsuz iştirakı və bu ölkə ərazisinin işğalınının əvəzini ödəməlidir və İraqın xalqı, dövləti və ordusunun Amerikanın avantüraları və şər hərəkətləri qarşısındakı qanuni müdafiəsi qaçılmazdır.

 

ABŞ-IN QÜDRƏTİNİN TƏNƏZZÜLÜ DÖVRÜ GƏLİB ÇATIB

Teqlər

Şərhlər