May 06, 2020 10:21 Asia/Baku
  • Azərbaycan hökuməti mərhələli həll planına alternativ olmadığını deyir

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mərhələli həllə əsaslandığını söyləyib.

Trend Xəbər Agentliyinə müsahibəsində Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları və digər səviyyələrdə səsləndirdikləri bəyanatlarda status-kvonun qəbuledilməz olduğu və münaqişənin mərhələli şəkildə həll olunması planı dəfələrlə bəyan olunub. Münaqişənin paket formulu əsasında həlli müzakirə mövzusu deyildir. 

Onun sözlərinə görə, münaqişə Azərbaycan Respublikasının Konstitusiyasına, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və həll olunacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb və ola da bilməz. 

Hökumət rəsmisi qeyd edib ki, münaqişənin mərhələli şəkildə həllində birinci və ən vacib olan addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qayıtması hüququnun təmin olunmasıdır. 

BAKI ETAPLI HƏLL PLANINA ALTERNATİVİN OLMADIĞINI DEYİR

Teqlər

Şərhlər