Avq 11, 2020 13:07 Asia/Baku
  • Azərbaycan Respublikasında məscidlərin açılmasınin zəruriliyi vurğulanıb

Azərbaycan Respublikasının "Cümə" Dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu sanitariya-gigyena qaydalarına riayət etməklə ölkədə fərdi ibadətlər üçün məscidlərin açılmasına çağırıb.

SəhərAzəri xəbər verir, Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikası rəsmilərinin məscidlərin açılmasının hökumətin gündəmində olmadığına dair açıqlamasına reaksiyada, deyib: "Bu strategiya tamamilə səhvdir"

"İqtisadi fəaliyyət, biznes, istehsal, bazar və əyləncə mərkəzlərinin açılışının vacib olduğu kimi, mənəvi əhval-ruhiyyə bəxş edən mərkəzlərin də açılışı zəruridir və bunların hər ikisi də prioritet və gündəmdə olmalıdır", -deyə Azərbaycan Respublikasının "Cümə" Dini icmasının rəhbəri qeyd edib.

İlqar İbrahimoğlu Azərbaycan Respublikasının məscidlərində sıxlığın yaranması ilə bağlı narahatlıqların yersiz olduğu bildirib və vurğulayıb: "Tarixi quruluş baxımından məscidlər hündür tavana, açıq fəza və həyətə sahibdirlər, möminlərdə qiqiyena qaydalarına riayət edirlər və İslamda da şəxsi təmizlik və gigiyana qaydalarına riayət etməyə daha çox təkid olunub. 

Teqlər

Şərhlər