Sen 19, 2020 12:09 Asia/Baku
  • Şəhid Süleymaninin intiqamı qəti və ciddi məsələdir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı ABŞ prezidenti Donald Trampın İranla bağlı yekəxana sözlərinə reaksiya verib: General-leytenant Qasım Süleymaninin şəhid edilməsinin intiqamı qəti, ciddi və real bir məsələdir.

Səhər Azəri bildirir ki, "Politico" saytı son zamanlar ABŞ-ın kəşfiyyat dairələri və ölkə rəhbərliyinə yaxın adamlara istinadla İranın general-leytenant Qasım Süleymaninin şəhid edilməsinin intiqamını almaq üçün ABŞ-ın Cənubi Afrikadakı səfirini terror etməyi planlaşdırdığını iddia edib. 

ABŞ prezidenti Donald Tramp da "Politico" saytının bu iddiasına reasiya olaraq ABŞ-ın maraqları əleyhinə istənilən hərəkəti min qat daha ağır şəkildə cavablandıracağını deyib. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı general-mayor Hüseyn Səlami şənbə günü Tehranda Sepah-ın Baş Qərargah və Mərkəzi Ofis işçilərinin önündə deyib:General-leytenant Qasım Süleymaninin şəhid edilməsində birbaşa və ya dolayısı ilə əli olan bütün şəxslər İslam Respublikasının hədəi olacaqlar və bu ciddi bir mesajdır.

General-mayor Səlami həmçinin,Trampın "cavabımız min qat daha ağır olacaq" iddiasına reaksiya olaraq deyib: Düşmən istənilən nöqtədə İran qüvvələrinin nəzarəti altındadır və lazım gələrsə hədəfə də çevrilə bilərlər.

Sepah-ın baş komandanı Trampa xitabən deyib: Əgər bir iranlının belə saçına zərər gələrsə, Sepahın amansız cavabı ilə üzləşəcəksiniz və bu ciddi bir təhdiddir. İranlılar hər şeyi praktikada sübut edrlər."

General-mayor Səlami daha sonra deyib: Əgər İran İslam İnqilabı olmasaydı, ABŞ dünyanı "udardı". İslam İnqilabı ABŞ-ı aşındırdı. Və bu günkü Amerika siyasi aktivlikdən uzaq düşmüş gücsüz və təsirsiz bir vasitə kimi mübarizə meydanında məğlub edilmiş tərəfdir. 

Sepah-ın baş komandanı ABŞ-ın itirilmiş imicinin yenidən bərpa edilməsinin imkansız olduğunu deyərək, əlavə edib: Bu gün ABŞ-ın dünyadakı payı azalmaqdadır. Və yeni qüdrətlər formalaşır. İslam sivilizasiya rolunu ifa etməklə yeni bir qüdrət kimi zahir olubdur. 

Teqlər

Şərhlər