Okt 24, 2020 16:13 Asia/Baku
  • Tramp Qarabağla bağlı danışıqlarda iştirak etdiyini iddia edib

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb.

SəhərAzəri xəbər verir, bu barədə ABŞ prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib. “RİA Novosti”nin məlumatına görə, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib.Bəzi müşahidəçilər bu qənaətdədirlər ki, Tramp qarşıdan gələn prezident seçkilərində qələbə çalmaq üçün bütün vasitələrə əl atır. Seçkiyə yalnız bir neçə gün qalmış ABŞ-ın Qarabağ məsələsində fəallaşması bununla bağlı ola bilər. Amerika dövlət başçısı hesab edir ki, Azərbaycan Respublikasını hərbi əməliyyatları dayandırmağa vadar edərsə, ABŞ-dakı erməni icması və erməni lobbi təşkilatları seçkilərdə onu dəstəkləyəcəklər. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması Tramp hökumətini maraqlandırmır.

Teqlər

Şərhlər