İran və Ermənistanın XİN başçıları Tehranda görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i423396-İran_və_ermənistanın_xİn_başçıları_tehranda_görüşüblər
İran və Ermənistanın xarici işlər nazirləri bu gün Tehranda görüşərək, ikitərəfli münasibətləri, eləcə də regional hadisələri və beynəlxalq məsələləri müzakirə ediblər.
(last modified 2026-10-05T13:21:21+00:00 )
Okt 05, 2026 17:20 Asia/Baku
  • İran və Ermənistanın XİN başçıları Tehranda görüşüblər

İran və Ermənistanın xarici işlər nazirləri bu gün Tehranda görüşərək, ikitərəfli münasibətləri, eləcə də regional hadisələri və beynəlxalq məsələləri müzakirə ediblər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.Görüş zamanı ikitərəfli münasibətlərin əsas məsələləri ilə yanaşı, regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılıb.Bu səfər İran-Ermənistan münasibətlərinin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə aparılan məsləhətləşmələr çərçivəsində həyata keçirilir. Səfər zamanı Ermənistanın xarici işlər naziri Tehran və İrəvan arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, eləcə də Cənubi Qafqazda regional əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə etmək üçün İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.