Aug 24, 2015 18:02 Asia/Baku
  • İngiltərə xarici işlər nazirinin prezident Ruhani ilə görüşü
    İngiltərə xarici işlər nazirinin prezident Ruhani ilə görüşü

İran İslam Respublikasının prezidenti İngiltərə və İranın iqtisadi və diplomatik münasibətlərinin genişləndirilməsinin önəminə işajrə edərək iki ölkənin müxtəlif məsələlərin həllində xüsusilə də regional və beynəlxalq məsələlərin aradan qalxmasında intensiv rol oynamasının vacibliyini vurğulayıb.

İran prezidenti Həsən Ruhani bu gün Tehranda İngiltərənin xarici işlər naziri Filip Hamond ilə görüşdə nüvə razılaşmasının iki ölkə əlaqələrinin yaxşı cəhətə istiqamətləndirmək üçün yaxşı bir başlanğıc adlandırıb.
Ruhani İran xalqının əcnəbilərin müdaxilələri barədəki tarixi fikirlərinə işarə edərək deyib: Hərçənd qısa bir zamanda müəyyən bir xalqın tarixi hakimliyinin cəhətlərini sürətlə dəyişmək olmur lakin tarixi keçmişlərdə ilişib qalmaq da düzgün deyil bu üzdən gələcək perspektivlərə baxışla öz hərəkətini tənzim etmək lazımdır .
Çıxışlının digər bir hissəsində müxtəlif regional və qlobal məsələlərin önəminə toxunan prezident Ruhani əlavə edib: Hazırda regionda İraq , Suriya , Əfqanıstan ,Livan , Bəhreyn və Yəmən kimi ölkələrin böhranının aradan qaldırması yolunda dialoq və əməkdaşlıq sayəsində siyasi həll yollarına nail olmaq üçün birgə addımlar atmq olar.
Filip Hamond isə İran prezidenti ilə görüşündən məmnun qaldığını ifadə edərək söyləyib: Ötən bir dövrdə iki ölkə münasibətləri inkişaf xətt üzrə olub və son nüvə anlaşması da bu istiqamətdə önə hərəkət etməyə əlverişli imkan yaradır.
İngiltərənin xarici işlər naziri həmçinin etimadsızlıqların ümumi məfkurənin yaddaşından tarixi hadisələrin izinin silinməsinin vacibliyini vurğulayıb və deyib: İngiltərə hakimiyyəti də nüvə razılaşması haqda üzərinə düşən öhdəlikləri yerinə yetirməyə sadiq qalacaq.

Teqlər

Şərhlər