Apr 07, 2016 19:03 Asia/Baku
  • Nüvə sənayesinin yeni nailiyyətləri təqdim olunub
    Nüvə sənayesinin yeni nailiyyətləri təqdim olunub

İran prezidenti Milli Nüvə Texnologiyası gününün onuncu ildönümündə nüvə sənayesi sahəsində ən yeni elmi nailiyyətləri təqdim edib.

IRIB-nin məlumatına görə, Həsən Ruhani bu mərasimdə "Zonal sentrifuqa", "Ultra sentrifuqa", "Güc reaktorlarının sınağı yanacağı" kompleksləri və "Modernləşdirilmiş Ərak reaktorunun sınaq yanacağı"nı təqdim edib.

"Zonal sentrifuqa" daha çox virus vaksinaları və gen müalicəsi məhsullarının istehsalında işlədilir. Bu növ sentrifuqalardan quduzluq, qrip, hepatit B və meningit vaksinalarının iri həcmli istehsalında istifadə olunur.

"Ultra sentrifuqa"lar dəqiqədə əlli min dövr üçün konstriksiya edilib və onlardan viruslar, zülallar, RNT və DNT-lər ölçüsündə hissəciklərin ayrılması kimi bioloji və bio-kimya sahələrində istifadə olunur.

Ölkə prezidenti habelə bu mərasimdə "Nüvə təhlükəsizliyi və təhlükəsizlik ensiklopediyası", "Nüvə sənayesi; İranın böyük işi" və "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə silahları sahəsində şübhəli bilinən ölkələrlə ikili rəftarı və ya müahidə xətalarına malikolma" adlı üç kitabı təqdim edib.

Teqlər

Şərhlər