Dec 02, 2016 19:17 Asia/Baku
  • Salehi: Amerika senatının qərarı nüvə anlaşmasının aşkar şəkildə pozulmasıdır

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, Amerika senatının İrana qarşı sanksiyaların on il müddətinə uzadılması barədəki qərarı əslində nüvə anlaşmasının aşkar şəkildə pozulmasıdır.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün IRIB ilə müsahibədə əlavə edib: İran Amerikanın hərəkətinə ehtimal olunan reaksiyanı əyaniləşdirmək zərurəti görmür, zira lazımi proqnozları həyata keçirib və bu barədə reaksiya verməyə hazırdır.

Salehi sonra belə qeyd edib: İranda Nüvə Anlaşmasına Nəzarət Heyəti bu anlaşmanın icra prosesini izləyir və ona uyğun şəkildə lazımi qərarları çıxaracaq.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: İranın Amerika senatı və konqresinin hərəkətləri qarşısındakı addımları baş məsul  şəxslərin yekun qərarından sonra, təyin edilmiş zamanda elan ediləcək və lazımı addımlar atılacaqdır.

ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.

Teqlər

Şərhlər