• İnqilab Rəhbəri: Ölkənin taleyi hər bir vətəndaşın əlindədir
    İnqilab Rəhbəri: Ölkənin taleyi hər bir vətəndaşın əlindədir

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İranda 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak etdikdən sonra, bəyanat verərək, seçkilərdə iştirakın önəmini vurğulayıblar.

 

Həzrət Ayətullahülüzma Xamenei seçkilərdə iştirak etdikdən sonra jurnalistlər qarşısında deyiblər: "İlk öncə Allah Talaya demokratiya, seçkilər və xalqın seçkilərdəki geniş iştirakı nemətinə görə təşəkkür edirəm. Bu həqiqətən böyük bir nemətdir. Allaha çox şükürlər olsun ki, xalqımız da bu nemətə görə şükr edir. Və bunu xalqın seçkilərdəki geniş iştirakından anlamaq mümkündür."

İnqilab Rəhbəri daha sonra xalqın seçkilərdə yüksək səviyyədə iştirak etməsinin əhəmiyyətinə təkid edib və deyiblər: Mənim tövsiyəm də seçkidə daha geniş iştirakdır. Mümkün olduğu qədər seçkilərin ilk saatlarında iştirakdır. Mənim qənaətimə görə, xeyirli olan hər bir əməli gecikdirmədən, vaxtında görmək lazımdır."

Prezident seçkilərinin önəminə xüsusi təkid edən İnqilab Rəhbəri əlavə ediblər: "Prezident seçkilərinin çox önəmli olduğuna inanıram. Ölkənin taleyi prezidenti, icra aparatının başçısını seçən hər bir vətəndaşın əlindədir. Buna görə də, bu işin nə qədər böyük bir əhəmiyyət daşıdığına diqqət göstərmək lazımdır."

Həzrət Ayətullahülüzma Xamenei daha sonra şəhər və kənd islam şuraları seçkilərinin də önəmli olduğunu vurğulayıblar: "Şəhər və kənd şuraları seçkiləri də önəmlidir. Çünki, bu seçkilərdə şəhər və kəndlərdə xidmət sektoru üzrə məsələləri həyata keçirəcək insanlar seçilir. Yəni, birbaşa olaraq insanların gündəlik həyatı ilə əlaqədar olan bir məsələdir. Buna görə də böyük əhəmiyyət daşıyır. Və xalq seçkidə diqqətli olmalı, məlumatlı şəkildə iştirak etməlidir. Bu mənim hər bir vətəndaşa olan tövsiyəmdir."

İnqilab Rəhbəri sonda seçkilərlə bağlı xəbərləri yaxşı formada işıqlandırdıqları üçün milli media rəsmiləri və jurnalistlərə təşəkkür ediblər: "Mən həmçinin, buradan milli media mənsublarına, jurnalistlərə və reportyorlara həmçinin, teleradio təşkilatı rəsmilərinə də seçkiləri kimi mühüm bir hadisə ilə bağlı xəbərləri işıqlandırmaq üzrə səylərinizə görə təşəkkür edirəm."

May 19, 2017 10:35 Asia/Baku
Şərhlər