May 06, 2024 15:09 Asia/Baku
  • İrandan PUA almaq üçün növbə yaranıb

Qərbdəki analitiklər və hərbi ekspertlər İranda istehsal olunan pilotsuz təyyarələrin real sahələrdə effektivliyini sübut etdiyini və bu səbəbdən də bir çox ölkələr tərəfindən müsbət qarşılandığını vurğulayırlar.

“Breaking Defense” hərbi təhlil saytı Sepahın İsrailə qarşı “Doğru Vəd” əməliyyatı zamanı istifadə etdiyi pilotsuz təyyarələrin effektivliyini yüksək qiymətləndirərək bildirir ki, Tehranın işə saldığı silahlar və texnikaya maraq durmadan artır və analitiklər deyirlər ki, dünyada İranın nisbətən ucuz və səmərəli pilotsuz təyyarələri üçün həvəsli bir bazar var.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun müdafiə və hərbi tədqiqatçısı Fabian Heinz hesab edir ki, İran PUA-ları ilə maraqlanan ölkələrin əksəriyyəti onlardan Amerika və İsrail kimi güclü düşmənlərə qarşı istifadə etmək istəyir. Bu ölkələr üçün ABŞ kimi qabaqcıl düşmənlərin bu silahların qarşısını almaq imkanları o qədər də narahatedici deyil. Çünki İranın hücumçu pilotsuz təyyarələri öz effektivliyini yaxşı sübut edib.

Vaşinqtondakı CNA analitik mərkəzinin süni intellekt və insansız sistemlər üzrə eksperti Samuel Bendt isə deyib ki, İsrailin etirazları İranın satış bazarına, xüsusən də Qərbdən müstəqil siyasi və hərbi yanaşmanı nümayiş etdirən ölkələrə təsir etməyəcək.

Ekspertin fikrincə, bu ucuz dronları məhv etmək üçün bahalı raketlərdən istifadə etmək çox baha başa gəlir və müdafiəçinin imkanlarını məhv edir. İsrailə gəlincə, dronların məhv edilməsi pilotsuz təyyarələrdən baha başa gəlir.

Bir müddət əvvəl İsrailin hərb naziri Yoav Qallant bildirmişdi ki, 50 ölkə İrandan raket və pilotsuz təyyarələr almaq üçün Tehranla danışıqlar aparır.

Məqalədə İranın pilotsuz təyyarələr bazarındakı rəqiblərindən də bəhs edilir. Bu xüsusda vurğulanır ki, İran uzun mənzilli, döyüş və intiharçı pilotsuz təyyarələr kateqoriyasında sübut edilmiş effektivliyə malikdir.