May 06, 2024 15:06 Asia/Baku
  • Elxan Şükürlü: Belə çıxır ki, ABŞ Azərbaycanın suverenliyini dəstəkləmir

Ədalət partiyasının sədr müavini, politoloq Elxan Şükürlü ABŞ səfiri Mark Libbi-nin Şuşaya niyə getmədiyi haqda dediyi sözlərə münasibət bildirib.

Elxan Şükürlü bildirib ki, ABŞ səfiri biabırçı mövqe nümayiş etdirib. Belə çıxır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmir. Bu barədə indiyədək Vaşinqtondan verilmiş bəyanatlar boğazdan yuxarı sözlərdir.

Onun sözlərinə görə, səfir həm də indiyə qədər Şuşaya və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmiş Qərb diplomatlarını da "şoumen" adlandırır.

Qeyd edək ki, Mark Libbinin fikirləri Azərbaycan ictimaiyyətini hiddətləndirib.

O demişdir: “İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm”.

Elxan Şükürlü cavab olaraq bildirib: “Cənab Libbi "qaytarımış ərazilər" deyir, amma bu ərazilər 30 ilə yaxın müddətdə Ermənistanın işğalında olubvə Azərbaycan ordusu tərəfindən azad edilib. Təəssüf ki, ABŞ diplomatının dili hələ də Ermənistana münasibətdə "işğalçı" sözünü tutmur”.