• Zərif və Moqerini Küveytdə görüşüblər

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini çərşənbə axşamı Küveytdə keçirilən İraqın Bərpası Beynəlxalq Konfransı kənarında görüşüblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Zərif və Moqerini bu görüşdə nüvə anlaşması və regional olaylar haqda danışıblar.

İranın xarici işlər naziri bu görüşdən öncə Küveytin xarici işlər naziri Şeyx Səbah Xalid Əl-Həməd Əl-Sabah ilə görüşüb, danışıqlar aparmışdı.

Zərif və Şeyx Səbah Xalid Əl-Həməd Əl-Səbah bu görüşdə iki ölkə əlaqələrinin genişləndirilməsi yolları habelə, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıblar.

Zərif çərşənbə axşamı İraqın Bərpası Beynəlxalq Konfransında iştirak məqsədi ilə Küveytə səfər edib.

Bu konfrans 12 fevralda start götürüb və 3 gün davam edəcək. Konfransda 50 ölkənin iş adamları, siyasi rəsmiləri və bank rəsmiləri iştirak edirlər.

Feb 14, 2018 10:09 Asia/Baku
Şərhlər