Purməhəmmədi:
Ermənistan və Azərbaycan Respublikası arasında birbaşa danışıqları dəstəkləyirik
İran-Ermənistan Birgə İqtisadi Komissiyasının sədri Azərbaycan Respublikası ilə Ermənistan arasında birbaşa danışıqlara dəstəyini ifadə edərək, bildirib
İran prezidentinin müavini Seyid Həmid Purməhəmmədi Ermənistan Respublikasının müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək, bu ölkə hökumətini və xalqını müstəqillik günü münasibətilə təbrik edib və vurğulayıb: "Qafqazda sülh strateji bir siyasətdir; qonşularımızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, biz Qafqaz regionunda güc tətbiqinin əleyhinəyik və bu ərazi geosiyasi rəqabət meydanına çevrilməməlidir."İran prezidentinin müavini qeyd edib ki, Qafqazda regiondankənar qüvvələrin mövcudluğu sülhü təhlükə altına salır və fikir ayrılıqları məhz region ölkələri tərəfindən həll edilməlidir."Bu kontekstdə, biz Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların tərəfdarıyıq və regionda sülh prosesini dəstəkləyirik", - deyə İran-Ermənistan Birgə İqtisadi Komissiyasının sədri əlavə edib.