İnqilab Rəhbəri: İslam dünyası elmi cəhətdən güclü olmalıdır
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İslam dünyasında elmi hərəkət sürətlənməlidir və İslam ümməti bir daha özünün elmi və sivilizasiya qüdrətinin zirvəsinə çatmalıdır ki, İslam düşmənləri və amerikalılar İslam ölkələrinin başçılarına göstəriş verə və qadağalar qoya bilməsinlər.
Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər "Şiənin İslam elmlərinin yaranması və yayılmasındakı rolu" adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşdə İslam dünyasının bugünkü ən mühüm ehtiyacını vəhdət, həmçinin "bütün elmlərdə elmi inkişaf üzrə ciddi hərəkət" adlandırıb və belə əlavə ediblər: Bu gün İslam dünyasında oyanış yaranıb və qərblilərin onu inkar etməyə səy göstərmələrinə rəğmən, bu oyanış İslama daha artıq təmayülə zəmin yaradaraq, daha yaxşı gələcəyi müjdə verir.
İslam İnqilabının Böyük Rəhbəri İslam dünyasının hökmranlıq altına keçməsinin əsas səbəbini elmi gerilik adlandırıb və belə söyləyiblər: Qərb dünyası mütəmadi əsrlər boyu elmi gerilikdən sonra İslam dünyasının elmi irəliləyişlərindən istifadə edərək, özünün təbliğat, siyasi, hərbi və elmi qüdrəti və sərvətini artıra və nəticə etibarı ilə müstəmləkəçiliklə İslam ölkələrinin vəziyyətini hazırkı şəraitə sala bildi.
Həzrət Ayətullahuluzma Xamenei qərbli qüdrətlərin İslam ölkələrinə qarşı zorakılıqlarına, həmçinin bu ölkələrin hökmranlarından bir çoxunun beynəlxalq zorakıların ardınca getmələrinə işarə edərək, vurğulayıblar: Bu şərait İslam ölkələrinin elmi inkişafı vasitəsilə dəyişməlidir və İslam dünyası bir daha sivilizasiyanın zirvəsində dura bilər.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının elmi inkişaf yolundakı hərəkətini uğurlu bir nümunə kimi yad edərək, deyiblər: Biz bu yolu elm və bilik sərhədlərinə çatanadək davam etdirəcəyik və İran qərbilərin əksinə olaraq, öz elmi nailiyyət və irəliləyişlərini digər İslam ölkələrinə ötürməyə hazırdır.