İyul 06, 2018 11:40 Asia/Baku
  • Zərif və Moqerini HBƏP-nin birgə komissiyasının iclasından öncə görüşüblər
    Zərif və Moqerini HBƏP-nin birgə komissiyasının iclasından öncə görüşüblər

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini cümə günü Hərtərəfli Birgə Əməkdaşlıq Planının birgə komissiyasının xarici işlər nazirləri səviyyəsində baş tutacaq iclasından öncə Vyanada görüşüblər.

İRNA-nın məlumatına görə, Zərif və Moqerini bu görüşdə nüvə anlaşmasının perspektivləri və bu gün günortadan sonra Kuborq otelində baş tutacaq birgə komissiyanın iclasında araşdırılacaq mövzuları nəzərdən keçiriblər. 

Hərtərəfli Birgə Əməkdaşlıq Planının birgə komissiyasının 10-cu iclası ABŞ-ın qeyri-qanuni şəkildə nüvə anlaşmasından çıxmasının ardınca və İranın istəyi əsasında keçirilir. 

ABŞ prezidenti Donald Tramp 8 may tarixində bir daha İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının 3-6 aya kimi bərpa olunacağını elan etdi. 

Trampın bu hərəkəti Amerikanın daxilində və beynəlxalq səviyyədə ciddi tənqidlərə yol açıb. 

Britaniya, Fransa, Almaniya, Çin və Rusiya nüvə anlaşmasını imzalayan digər tərəflər olaraq bu anlaşmaya dəstək veriblər. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etməsinin ardınca İranın Xarici İşlər Nazirliyinə bir neçə həftə ərzində Avropa Birliyi, Rusiya və Çin ilə Amerika olmadan İran xalqının mənfəətlərinin təmin edilməsi şərti ilə nüvə anlaşmasının davam etdirilməsinin mümkün olub-olmadığını araşdırması barədə göstəriş verib. 

Teqlər

Şərhlər