• Ruhani: Xəzər dənizinin hüquqi konvensiyasının imzalanması inteqrasiyanın güclənməsində önəmli addımdır
    Ruhani: Xəzər dənizinin hüquqi konvensiyasının imzalanması inteqrasiyanın güclənməsində önəmli addımdır

İran İslam Respublikası prezidenti Xəzər dənizinin hüquqi konvensiyasının imzalanmasının xəzəryanı ölkələr arasında inteqrasiyanın güclənməsində önəmli addım olduğunu bildirib.

Həsən Ruhani bu gün Qazaxıstanda keçirilən xəzəryanı ölkələrin sammit iclasında Xəzər dənizinin strateji region ölaraq xalqlar və dövlətlər arasında əməkdaşlıq, dostluq və inteqrasiya mərkəzinə çevrilmiş olduğunu bildirərək deyib: Bu gün bu region sülh, stabillik, dostluq, dinc qonşuluq və inkişaf üçün uğurlu nümunəyə çevrilib və bu iclas regionda inteqrasiyanın möhkəmlənməsində növbəti addım hesab olunur və bu addımlar bundan sonra da davam etdirilməlidir. 

İİR prezidenti deyib: Xəzər dənizinin hüquqi konvensiyasının imzalanması ilə çox önəmli bir addım atılmış oldu amma hələ mühüm mövzular qalır və xüsusiylə hüdudlar, başlanğıc xətlərinin müəyyənləşdirilməsi metodları kimi məsələlər barədə razılaşmaları yekunlaşdırmaq üçün müzakirələr davam etdirilməlidir. 

Ruhani deyib: Xəzərin hüdudları müəyyənləşdirilməmiş ərazilərində hərhansı ixtilafların qarşısını almağın yeganə yolu həmin ərazilərdə müştərək istismar yaxud hərhansı istismardan imtina edilməsidir. 

İİR prezidenti həmçinin İranın şimal və cənubda dəniz yollarına malik olduğunu bildirərək ticarət və nəqliyyatın inkişafına hazır olduğunu deyib, Xəzər dənizinin hüquqi konvensiyasının və neçə tərəfli razılıqların düzgün icrasına nəzrətin vacibliyini vurğulayıb. 

5 xəzəryanı ölkənin 5-ci sammit  iclaası İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasının prezidentlərinin iştirakı ilə Qazaxıstanın Aktau limanında keçirildi.   

Aug 12, 2018 16:29 Asia/Baku
Şərhlər