Oct 31, 2018 10:59 Asia/Baku
  • İran İmam Hüseyn(ə) əzadarlarına hücumu pislədi
    İran İmam Hüseyn(ə) əzadarlarına hücumu pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nigeriyada İmam Hüseyn(ə) əzadarlarına qarşı hücumu pisləyərək hücum nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Nigeriyanın islami hərəkatının sözçüsü İbrahim Musa dünən bildirdi ki, bu ölkə hərbçilərinin Əbucada ərbəin matəm mərasiminə hücumunda 27 nəfər şəhid olub. 

İİR XİN sözçüsü Bəhram Qasimi dünən axşam Fars xəbər agentliyinə verdiyi açıqlamada Nigeriya təhlükəsizlik qüvvələrini təmkinli olmağa çağıraraq şiələrin dinc dini mərasimlərinə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb. 

Qasimi tərəflərin dinc, qanuni yollarla stabillik və sakitlik yaratmağa və hərhansı qarşıdurmadan çəkinməyə səy göstərəcəklərinə ümidvar olduğunu bildirib. 

Nigeriya hərbçiləri ötən şənbə günü də Əbucanın yaxınlığında ərbəin mərasiminə hücum edərək 10 nəfəri şəhid etdilər. 

Teqlər

Şərhlər