Dec 23, 2018 14:38 Asia/Baku
  • Kontr-admiral Səyyari: Ordunun müdafiə nailiyyətləri
    Kontr-admiral Səyyari: Ordunun müdafiə nailiyyətləri "Fəcr" ongünlüyündə nümayiş etdiriləcək

İran İslam Respublikası ordusunun baş komandan müavini deyib: İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə "Fəcr" ongünlüyündə yeni hərbi təchizatlar o cümlədən yeni esmines və sualtı qayığın təqdimatı olacaq.

Kontr-admiral Səyyari Təsnim xəbər agentliyinə verdiyi müsahibədə deyib: İran İslam Respublikası çox yaxşı müdafiə potensialına malikdir və İran xalqı əmin olsun ki, İran İslam Respublikası ordusu və silahlı qüvvələri xalqın dəstəyi ilə müqəddəs müdafiə dövründə olduğu kimi təhdidlər qarşısında dayanacaq.

İran ordusunun kordinasiya işləri üzrə baş komandan müavini həmçinin deyib: İranın silahlı qüvvələri və ordusu yüksək müdafiə potensialı ilə düşmənə hər hansı təcavüz icazəsi verməyəcək.

Kontr-admiral Səyyari islam İnqilabı sayəsində ölkənin müdafiə potensialının artırılmasında yaxşı uğurların əldə edildiyini deyərək, əlavə edib: İranın silahlı qüvvələrinin yeni silahları, hərbi təchizatları və digər imkanları İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə və "Fəcr" dekadasında nümayiş etdiriləcək.

Teqlər

Şərhlər