İran 12 günlük müharibədə “Qərb və NATO texnologiyasının üsarəsi” ilə vuruşdu
İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi deyib: İran 12 günlük müharibə zamanı sionist düşmənə hər cür yardım göstərməkdən çəkinməyən və düşmənə lazım olan hər şeyi təmin edən Qərb və NATO texnologiyasının üsarəsi ilə vuruşdu.
İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi İsfahan, Təbriz və Həmədandakı ordu bölmələrinə baş çəkib və onların döyüş hazırlığını qiymətləndirib və nəzərdən keçirib.
O, bu bölmələrə baxış keçirən zaman komandirlər, döyüşçülər və pilotlar qarşısında çıxış edərək, deyib: "Ordunun quru qoşunları, müdafiə və hava qüvvələrindən tutmuş Bəsic qüvvələrinə, İslam İnqilabı Keşikçiləri Korpusuna və xalqa qədər bütün İran övladları son məcburi müharibədə meydanda idilər. Onlar İran İslam Respublikasının tarix boyu başıuca qalması üçün sözün əsl mənasında vuruşdular və müqavimət göstərdilər".
O, əlavə edib: "Şəhidlər İslami İranı, əziz xalqımızı, izzət və şərəfimizin sərhədlərini qorumaq üçün hər şeylərini fəda edən bu məcburi müharibənin qəhrəmanlarıdırlar. Biz onların amallarının keşiyində olmalıyıq, bu qanların haqqını ödəməliyik və böyük İran xalqının canfəşanlıqları ilə əldə etdiyimiz mövqedən İslami İranın daha da irəliləməsi və daha da başıuca olması üçün istifadə etməliyik".