Jan 08, 2019 14:40 Asia/Baku
  • Zərif: İran Avropanı gözləməyəcək
    Zərif: İran Avropanı gözləməyəcək

İran İslam Respublikasının xarici işlər naziri Tehranın İran xalqının mənafeyini təmin etmək üçün öz ənənəvi şərikləri ilə müzakirələrə başladığını deyib.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı Hindistanın nəqliyyat naziri Nitin Qadkari ilə görüşdükdən sonra jurnalistlər qarşısında verdiyi açıqlamada Avropanın İran ilə maliyyə mexanizminin durumuna aydınlıq gətirərək, deyib: Tehran xüsusi maliyyə mexanizmi ilə bağlı Avropa ilə əməkdaşlığını davam etdirir. Amma, İran avropanı gözləmək niyyətində deyil.

Zərif həmçinin deyib: Avropalılar İranın nüvə anlaşmasının iqtisadi mənafeyindən faydalanmasına çalışırlar. Amma, bu məsələdə gözlənilən irəliləyişə malik olmayıblar.

Teqlər

Şərhlər