Jan 14, 2019 10:57 Asia/Baku
  • Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil
    Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

İran İslam Respublikasının xarici işlər naziri İraqda deyib: İran-İraq əlaqələri son dərəcə güclüdür və heç kimə müdaxilə icazəsi verməyəcəyik.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Bağdadda iraqlı həmkarı Məhəmməd Əli Həkim ilə görüşdükdən sonra deyib: İkitərəfli əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq bu görüşdə müzakirə edilən mövzulardan olub. 

Zərif Ərvəndrud çayı və Şəttül Ərəbdə gəmiçilik və su qaynaqlarına dair birgə komitənin təşkil edilməsi haqda razılığın əldə olunmasından xəbər verib və deyib: İran İraqın Ərəb dünyasının Suriya ilə əlaqələrini normallaşdırması və bu ölkənin Ərəb Liqasındakı üzvlüyünün bərpa edilməsi istiqamətindəki səylərini dəstəkləyir. 

İranın xarici işlər naziri əlavə edib: İran İslam Respublikasının qənaətinə görə, region üçün başlıca təhdid İsrail rejimini dəstəkləməkdir. 

İranın xarici işlər naziri bazar günü İraq rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq və Bağdad, Süleymaniyə və Kərbəlada iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə keçiriləcək iqtisadi forumlarda iştirak etmək məqsədilə bu ölkəyə səfər edib. 

Zərif 4 gün davam edəcək səfər çərçivəsində İraq prezidenti Bərhum Saleh, baş nazir Adil Əbdülmehdi və Parlament sədri Məhəmməd Əl-Həblusi ilə də görüşüb, danışıqlar aparmalıdır. 

Teqlər

Şərhlər