Jan 17, 2019 17:28 Asia/Baku
  • ABŞ rəsmilərinin PressTV-nin aparıcısının həbs edilməsi hadisəsindəki şübhəli rəftarları davam edir
    ABŞ rəsmilərinin PressTV-nin aparıcısının həbs edilməsi hadisəsindəki şübhəli rəftarları davam edir

PressTV-nin Amerikada həbs edilən aparıcısının övladları heç bir izahat verilmədən məhkəməyə çağırılıblar.

Asoşeyted Press-in verdiyi məlumata görə, PressTV-nin həbs olunmuş aparıcısı Mərziyə Haşimiin oğlu Hüseyn Haşimi qardaşı və bacısının Məhkəmənin Münsiflər Heyəti qarşısında şəhadət verməyə çağırıldıqlarını amma, nə baş verdiyinə dair heç bir məlumatları olmadıqlarını deyib. 

Hüseyn Haşimi ona Anasının, cinayət işi ilə bağlı önəmli hesab edilən məlumatlara malik olan şəxs qismində (Amerika qanunlarında: material witness) saxlanıldığını desə də, Mərziyə Haşimi zindanda saxlanılır və ona məhbus kodu verilib. 

Hüseyn Haşiminin dediyinə görə, anası bazar günü Sent Luisdən Denverə gedərkən həbs edilib. O, anasının Sent Luisdə qaradərililər haqda sənədli film hazırladığını bildirib. 

Əslən amerikalı olan Mərziyə Haşimi İranın PressTV kanalının aparıcısı, jurnalisti və sənədli film hazırlayanıdır. Xəstə qardaşı və digər ailə üzvlərini görmək üçün bazar günü ABŞ-a səfər edən Mərziyə Haşimi St.Luis hava limanıda hansısa səbəb göstərilmədən həbs edilərək, Vaşinqtona köçürülüb. 

Ailəsi iki gün Mərziyə Haşiminin vəziyyətindən xəbərsiz saxlanılıb. Daha sonra Mərziyə Haşimi ailəsi ilə telefon əlaqəsi saxlayaraq, həbsdə hicabının əlindən alındığını, ona halal və bitki mənşəli yeməklərin verilmədiyini deyib. 

Teqlər

Şərhlər