BMT-də xalqımızın hüquqlarını müdafiə etdik
https://azeri.sahartv.ir/news/İran-i423284-bmt_də_xalqımızın_hüquqlarını_müdafiə_etdik
Prezident Pezeşkian Nyu-York səfərindən qayıtdıqdan sonra səfərin nailiyyətlərini şərh edərək, BMT Baş Assambleyasında İran xalqının hüquqlarını və ölkənin mövqelərini açıq şəkildə müdafiə etdiklərini bildirib.
(last modified 2026-09-27T11:55:56+00:00 )
Sen 27, 2026 15:54 Asia/Baku
  •  BMT-də xalqımızın hüquqlarını müdafiə etdik

Prezident Pezeşkian Nyu-York səfərindən qayıtdıqdan sonra səfərin nailiyyətlərini şərh edərək, BMT Baş Assambleyasında İran xalqının hüquqlarını və ölkənin mövqelərini açıq şəkildə müdafiə etdiklərini bildirib.

İran İslam Respublikası prezidenti Məsud Pezeskian Nyu-Yorka etdiyi bir neçə günlük səfərdən və BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakdan sonra Tehrana qayıdıb. O, səfər çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları və rəsmiləri, BMT-nin baş katibi, Amerika media qurumlarının rəhbərləri və baş redaktorları, beyin mərkəzlərinin nümayəndələri, eləcə də ABŞ-də yaşayan bir qrup iranlı ilə görüşüb və danışıqlar aparıb, həmçinin xarici media qurumlarına bir neçə müsahibə verib.Prezident Pezeskian BMT Baş Assambleyasındakı çıxışı haqda deyib: “ABŞ prezidenti bu iclasda özünə layiq olan açıqlamalar vermişdi, buna görə də, onun çıxışından xəbər tutduqdan sonra assambleyada İranı və xalqımızın inanclarını və əqidələrini bacardığımız qədər müdafiə etdik”.O əlavə edib: “Bütün görüşlərdə və danışıqlarda İran xalqının məruz qaldığı zülmü və ABŞ və sionist rejimin cinayətlərini vurğuladıq”. Prezident İranın dialoqa hazır olduğunu vurğulayaraq bildirib ki, Tehran danışıqlardan qorxmur, lakin əldə olunan razılaşmalar beynəlxalq qanunlar və öhdəliklər əsasında olmalı, bütün tərəflər öz öhdəliklərinə sadiq qalmalıdırlar.Prezident Pezeskian davam edib: “İran öz hüquqlarından artıq heç nə tələb etmir və qanuni çərçivədən kənar tələblər qarşısında geri addım atmayacaq”.Prezident həmçinin daxili birlik və həmrəyliyi təzyiqlər qarşısında möhkəm dayanmanın əsas amili hesab edib və xalqın dəstəyinə və yanlarında olduğuna görə təşəkkürünü bildirib.