Apr 23, 2019 19:39 Asia/Baku
  • İran məclisinin qərarı ilə SENTKOM(CENTCOM) məhkəmə təqibinə məruz qalacaq
    İran məclisinin qərarı ilə SENTKOM(CENTCOM) məhkəmə təqibinə məruz qalacaq

İran İslam Şurası Məclisinin üzvləri qərar qəbul ediblər: Qərbi Asiya və Şərqi Afrikada yerləşən amerikalı qüvvələrin baş qərargahı- SENTKOM-un komandanları və ya bu komandanlığın ixtiyarında olan təşkilat və orqanlar məhkəmə təqibinə məruz qalsınlar.

İran İslam Şurası Məclisinin üzvləri bugünkü açıq iclasda Amerika tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terror təşkilatı elan olunmasının qarşısında qarşılıqlı addım layihəsini iclasda iştirak edən 210 nümyəndənin ümumi səsindən 168 lehinə, 6 əleyhinə və 8 tərəfsiz səslə qəbul ediblər.

İran İslam Şurası Məclisinin üzvləri bu layihənin 4-cü maddəsində İranın Təhlükəsizlik Nazirliyinə və ölkənin digər təhlükəsizlik orqanlarına tapşırıbdır ki, SENTKOM komandanları, həmçinin bu komandanlığın ixtiyarında olan və terrorçulara dəstək verib, onlara dayaq duran təşkilat və orqanların komandanlarının siyahısını məhkəmə təqibi üçün elan etsinlər.

Bu qərara əsasən, İranın Məhkəmə Hakimiyyəti həmin qanunun qəbul edildiyi tarixdən maksimum üç ay müddətinə bir mexanizm yaratmalıdır ki, ona əsasən, elan olunan adların sahibləri terrorçu təşkilat və şəxslər kimi təqib edilərək, məhkəmə tərəfindən cəzalandırsınlar.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin İran İslam Respublikası dövlətinə tapşırıblar ki, ölkənin maraqlarını təhlükəyə salan amerikalı qüvvələrin terror hərəkətləri qarşısında bu qanun əsasında qarşılıqlı və qətiyyətli addımlar atsın.

İran İslam Şurası Məclisinin qərarı ilə İran İslam Respublikası dövləti və ölkənin silahlı qüvvələri borcludurlar ki, tələb olunan zamanda zəruri və sayıqcasına addımlarla elə hərəkət etsinlər ki, amerikalı qüvvələr İranın maraqlarına qarşı heç bir qüdrət və imkandan istifadə edə bilməsinlər.

Bundan öncə İran Milli Təhlükəsizlik Ali Şurası Qərbi Asiya və Şərqi Afrikada yerləşən amerikalı qüvvələrin baş qərargahı- SENTKOM-un komandanları və ya bu komandanlığın ixtiyarında olan təşkilat və orqanları terror təşkilat və orqanları elan etmişdi.

Teqlər

Şərhlər