Apr 30, 2019 17:52 Asia/Baku
  • General Əştəri: İran narkotik maddələrlə mübarizə üçün beynəlxalq yardımlara ümid etmir
    General Əştəri: İran narkotik maddələrlə mübarizə üçün beynəlxalq yardımlara ümid etmir

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı deyib: Narkotik maddələrlə mübarizə üçün İran beynəlxalq və xarici ölkələrin yardımlarına ümid etmir.

Briqada generalı Hoseyn Əştəri müxbirlər qarşısında bildirib ki, İran narkotik maddələrlə mübarizə sahəsində öz fikir və ehtiyaclarını beynəlxalq təşkilatlara təqdim edib. O, əlavə edib: İran onların köməklərinə əsla ümid bəsləmir və var gücü və qüdrəti ilə narkomaddələrlə mübarizə aparacaq.

General Əştəri həmçinin dünyada narkotik maddələr üzrə ən böyük istehsalçı kimi Əfqanıstanın İranın qonşuluğunda yerləşməsinə toxunaraq, deyib: Əfqanıstanda narkotik maddələr istehsalı amerikalı qüvvələrin bu ölkədəki iştirakı ilə bir neçə dəfə artıb, amma bu sual ortaya çıxır ki, nə üçün narkotik maddələrlə mübarizə iddiasında olan beynəlxalq təşkilatlar Əfqanıstanda narkotik maddələr istehsalı məsələsinə qarışmırlar?

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı bildirib ki, İran narkotik maddələrlə mübarizənin bayraqdarıdır. O, vurğulayıb: İran İslam Respublikası narkotik maddələrlə mübarizə üçün əzmkardır və bu yolda dörd min şəhid də təqdim edibdir.

Teqlər

Şərhlər