May 11, 2019 19:36 Asia/Baku
  • İraqçı: Qərb dövlətləri mühacirlər qarşısındakı məsuliyyətlərinə əməl etməlidirlər
    İraqçı: Qərb dövlətləri mühacirlər qarşısındakı məsuliyyətlərinə əməl etməlidirlər

İran İslam Respublikası xarici işlər nazirinin müavini Qərb dövlətlərinin Əfqanıstanda bir çox problemə səbəb olduqlarını, buna görə də əfqan mühacirlər qarşısındakı məsuliyyətlərinə əməl etməli olduqlarını bildirib.

İran xarici işlər nazirinin müavini Abbas İraqçı şənbə günü əfqan mühacirlərə dair sözlərinin yanlış formada yozulmasına işarə edərək, dedi: Əfqan mühacirlərin İrandan çıxarılması və ya ölkələrinə qaytarılması məsələsi gündəmdə durmur. Amma, Əfqanıstanda bir çox problemə səbəb olan tərəflər öz məsuliyyətlərinə əməl etməlidirlər. 

İranın xarici işlər nazrinin müavini əlavə etdi: Əfqanıstan xalqının problemlərinə və didərgin düşməsinə görə ilk növbədə qərblilər, terrorçu qrupları yaradanlar, onları silahlandıran və dəstəkləyənlər məsuliyyət daşıyırlar. Onlar Əfqanıstana hərbi qüvvə göndərən və bu ölkədə hərbi bazalar yaradan, müharibə törədənlərdirlər. 

İraqçı İranın 40 ildir ki, əfqan mühacirlərə ev sahibliyi etdiyinə işarə edərək, dedi: Amerikalılar və qərblilər Əfqanıstan xalqının didərgin düşməsinə səbəb olublar. Buna görə də mühacirlərin bütün xərclərinin İranın üzərinə düşməsini gözləməməlidirlər. 

Teqlər

Şərhlər